Real TV mayın 10-da ümumrespublika yayımına çıxacaq

Real TV-nin ümumrespublika yayımına çıxacağı gün bəlli olub.

Real TV-nin Baş direktoru Mirşahin Ağayevin ONA-ya verdiyi məlumata görə, kanal bu il mayın 10-da ümumrespublika yayımına çıxacaq.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının tərəfindən “Real Təhlil İnformasiya Mərkəzi” Mərkəzi MMC-yə verilən ümumrespublika yayımı üçün xəbər kanalı lisenziyası Real TV-yə bu gün təqdim olunub.

Real TV MTRŞ-nın ötən il martın 5-də keçirilən iclasının qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə verdiyi ixtisaslaşmış xəbər kanalı kimi peyk yayımı üçün müddətsiz lisenziya ilə fəaliyyətə başlayıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.