“Real TV” ümumrespublika yayımına başladı

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının (MTRŞ) 23 aprel 2019-cu il tarixli qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış (xəbər) ümumrespublika televiziya yayımı üçün lisenziya verilib. Sözügedən qərara uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) respublika ərazisində fəaliyyət göstərən radio-televiziya yayım stansiyaları vasitəsilə, o cümlədən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 48-ci TV kanalda SD, 37-ci TV kanalda isə HD formatında Real TV proqramının DVB-T standartında yerüstü yayımına başlanılıb.
Bu barədə XALQ.AZ-ya Nəqliyyat, Rabitə və Yuüsək Texnologiyalar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Buna qədər isə MTRŞ-in müvafiq qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə ixtisaslaşmış proqram kimi peyk yayımı üçün müddətsiz lisenziya verilmiş və bunun əsasında Teleradio İB-nin Bakı Teleqüllə Kompleksinin yerüstü peyk stansiyası üzərindən ötürülməklə, Real TV proqramının 11135 MHs tezlikdə “Azerspace-1” peykindən SD formatlı yayımı təmin olunmuşdu.
Hazırda Teleradio İB tərəfindən Real TV proqramının paralel olaraq yerüstü, peyk və İPTV üzərindən yayımı aparılır.

Comments are closed.