Reklamla bağlı iki məcəllədə dəyişiklik edilir

Reklam qurğularının tikintisinə icazənin verilməsi proseduru sadələşdirilir.

XALQ.AZ xəbər verir ki,bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin 81-ci (Reklam qurğularının tikintisinə icazənin verilməsi) maddəsinə əsasən, hazırda açıq məkanda ölçülərindən asılı olmayaraq, reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir.

Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət edir.

Dəyişikliklə reklam yerləşdirilməsi üçün nəzərdə tutulan ərazi 60 kvadratmetrdən az olduqda, tikintiyə icazə sənədinin alınmasına ehtiyac olmayacaq.

Layihə parlamentin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Orxan