Rektor onu işdən çıxardı, GDU-da intihar
Gəncədə qadın özünə xəsarət yetirib.
XALQ.AZ xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb.
1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə G.Məmmədova GDU-nun dəftərxanasının əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılmasıdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat xidmətinin Gəncə Regional Qrupundan bildirilib ki, məsələ ilə bağlı Şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.