“Respublika” qəzeti: “Bizim işçi deyil”

“Respublika” qəzetinin baş redaktorunun İsmayıl Allahverdiyev ad-soyadlı müavini, ümumiyyətlə, belə bir işçisi yoxdur”.
XALQ.AZ xəbər verir ki, bunu qəzetin məsul katibi Müşfiq Cəfərov bildirib.
O qeyd edib ki, bu gün Bakıda intihar edən şəxslərin – Rübabə Allahverdiyevanın və Xədicə Mahmudovanın “Respublika” qəzetinin baş redaktorunun İsmayıl Allahverdiyev ad-soyadlı müavininin həyat yoldaşı və qızı olmasına dair məlumatı “Oxu.az” saytı yayıb:
“Həmin sayt artıq xəbərdə düzəliş edib. İntihar edən şəxslərin yerli qəzetlərdən birinin əməkdaşı İsmayıl Balabəy oğlu Mahmudovun həyat yoldaşı və qızı olduğunu yazıblar. Özünüz də sayta daxil olub baxa bilərsiniz. Bizim bu ad-soyadlı da işçimiz yoxdur. Bu məlumatı onlara kimin verdiyini bilmirik. Yəqin ki, qəzetin baş redaktoru bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək. Kimsə nəsə yazıbsa, yaxud edibsə, buna görə redaksiya məsuliyyət daşımır ki…”
M.Cəfərov hesab edir ki, məsələni hüquq-mühafizə orqanlarının araşdırması vacibdir:
“Biz o adamı tanımırıqsa, bizim elə bir işçimiz yoxdursa, niyə bu barədə fikir yürütməliyik? Görünür, kiminləsə qarışdırıblar. Kimdənsə qeyri-dəqiq informasiya alıblar. Bir da bəyan edirəm ki, bizim elə bir işçimiz yoxdur”.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.