“Respublikanski” ilə bağlı daha bir açıqlama

“Hazırda “Respublikanski” xəstəxanasında xüsusi infeksion nəzarət rejimi həyata keçirilir”.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

O deyib ki, orada dezinfeksiya aparıla bilər, xəstəxananın fəaliyyəti müvəqqəti dayandırıla da bilər: “Bu normaldır, digər xəstəxanalarda da davam etdiriləcək. O xəstəxanada aparılan işlər də bu işlərin bir hissəsidir”.

Y. Qarayevanın sözlərinə görə, bənzər xəbərləri hər dəfə yayımlayaraq, şişirtməyə ehtiyac yoxdur.