Reyhan Camalova dünyanın 100 qadınından biri seçildi

“Rainergy” layihəsinin müəllifi, 16 yaşlı startapçı Reyhan Camalova Britaniya Yayım Korporasiyası (British Broadcasting Corporation – BBC) tərəfindən dünyanın 100 qadını siyahısına seçilib.
XALQ.AZ publika.az-a istinadən xəbər verir ki, bu barədə gənc startapçı öz sosial şəbəkə hesabında məlumat yayıb.
Hal-hazirda BBC tərəfindən seçilmiş dünya üzrə 100 qadından biri olmaq sevincini yaşıyıram!”-, R.Camalova qeyd edib.
Qeyd edək ki, Reyhan Camalovanın “Rainergy” layihəsi yağış suyundan enerji istehsalını nəzərdə tutur. Bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji istehsal edir. Reyhan Camalova bu ixtirasına görə Forbes jurnalının “30 yaşdan aşağı 30 asiyalı” siyahısına da düşüb.
Orxan