Reyhan Camalova Forbes-in siyahısına düşdü

ClimateLaunchpad Azerbaijan​ proqramının məzunu Reyhan Camalova​ öz layihəsi ilə Forbes​ jurnalın 2018 – ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri olub.

Bu barədə Reyhan Camalovanın  elmi rəhbəri, layihənin mentoru Leyla Tağızadə  məlumat verib.

Onun sözlərinə görə, bu çox gözəl hadisədir.

“Bu Azərbaycan innovasiya tarixində baş verən birinci belə möhtəşəm hadisədir! Social Innovation Lab​ olaraq məzunumuzla və gördüyümüz işlə qürur duyuruq”.

Qeyd edək ki, 15 yaşlı Reyhan Camalova bir müddət əvvəl dostu ilə birgə hazırladığı yağışdan elektrik enerjisi ələ edən Rainergy layihəsi böyük maraq yaradıb və öz ixtirası ilə  ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Trampı heyran qoyub.