Reynaldonun “Qarabağ”a qayıdışı rəsmiləşdi

Bu gün “Qarabağ” 2019-cu il öncəsi ilk transferini reallaşdırıb.

XALQ.AZ xəbər verir ki, 2013-2016-cı illərdə bu komandada 87 oyunda 43 qolla yadda qalmış braziliyalı forvard Reynaldo Silvanın yenidən “Qarabağ”a qayıdışı rəsmiləşib.

Futbolçu ilə 2,5 illik müqavilə imzalanıb. Reynaldo “Qarabağ”a qayıdışı haqda öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib:

“Evimə gəldiyim üçün xoşbəxtəm. Karyeramın ən gözəl anlarını burada keçirmişəm. Səbirsizliklə “Qarabağ” forması ilə yenidən meydana çıxmağımı gözləyirəm. Yaxşı formada olmaq üçün əlimdən gələni edəcəyəm. Klub rəhbərliyi, məşqçilər heyəti, azarkeşlər, “Qarabağ” camiəsi mənim üçün çox doğmadır. Komandaya fayda verməyə və “Qarabağ”la yeni uğurlar qazanmağa gəlmişəm”.

Qeyd edək ki, Reynaldo Silva “Qarabağ”a qədər Qazaxıstanın “Aktobe” klubunda çıxış edirdi.

 

Orxan