Romada Azərbaycan Prezidentinin şərəfinə dövlət ziyafəti verildi -FOTO

Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.

AZƏRTAC xəbər verir ki, ziyafətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Dövlət başçıları ziyafətdə çıxış ediblər.

Sonra Kuirinale Sarayında 2020-ci il İtaliyada Azərbaycan Mədəniyyət İlinin açılışı münasibətilə konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.

XALQ.AZ