Rövnəq Abdullayev Zelenski ilə görüşdü

66851c2c40984dc4aeb5f31c835a8217

Ukrayna prezidenti Vladimir Zelenski SOCAR prezidenti Rövnəq Abdullayevlə görüşüb.

XALQ.AZ-ın xəbərinə görə, Zelenski qeyd edib ki, Ukrayna hakimiyyəti neft və qaz sahəsində SOCAR şirkəti ilə birlikdə layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

Tərəflər Ukraynanın qaz nəqliyyatı sahəsinə sərmayə imkanlarını müzakirə ediblər.

Vladimir Zelenski ötən ilin dekabrında Azərbaycana səfəri zamanı Ukraynada SOCAR-ın işi haqqında razılaşmaların reallaşdırılmasının əhəmiyyətini qeyd edib.

Görüşdə həmçinin SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov və SOCAR-ın Ukraynadakı Nümayəndəliyinin rəhbəri Elçin Məmmədov iştirak etdilər.