Rövnəq Abdullayev yenidən namizəd oldu

AFFA-nın prezidenti Rövnəq Abdullayev yenidən bu posta namizədliyini irəli sürüb.

XALQ.AZ-ın məlumatına görə, Rövnəq Abdullayev AFFA Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, 2020-cı il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini verib.

Xatırladaq ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.