Rövşən Rzayev Cocuq Mərcanlıda

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində yerli sakinlərlə görüşüb.

XALQ.AZ xəbər verir ki, bu barədə  Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici və ordu quruculuğu siyasəti nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin qısa müddətdə bərpa olunmasını ölkə ictimaiyyəti Qarabağa böyük qayıdışın başlanğıcı sayır: “Kəndin yaxınlığındakı Lələtəpə yüksəkliyində Azərbaycan bayrağı torpaqlarımızın müdafiəsi uğrunda canından keçən şəhidlərimizin, qəhrəman əsgər, gizir və zabitlərimizin şücaəti nəticəsində dalğalanır. Cocuq Mərcanlının vətənpərvər sakinləri ordumuzun keşiyində mətanətlə dayandığı bu torpaqlarda yaşamaq, oxumaq və işləməklə öz yurd-yuvasını tərk etmiş məcburi köçkünlərin doğma Qarabağa qayıtmağa daim hazır olduqlarını göstərirlər”.

Dövlət Komitəsinin sədri uzun illər ölkənin müxtəlif yerlərində məcburi köçkün həyatı yaşadıqdan sonra kəndə köçmüş ailələrin məişəti, güzəranı, iş və əmək şəraiti ilə yaxından tanış olub, arzu və istəklərini öyrənib, müraciətlərini dinləyib.

Sakinlər Cocuq Mərcanlı kəndində görülən işlərə və yaradılan şəraitə eyni zamanda onlara göstərilən böyük diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

 

Orxan