Rövşən Rzayev məcburi köçkünlərlə görüşdü

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və müavinləri, Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələri ilə birgə Binəqədi rayonu, 8-ci mikrorayonda Bakı Humanitar Kollecinin yataqxanasında məskunlaşan məcburi köçkünlərlə görüşüblər.
Bu barədə Komitədən XALQ.AZ-a verilən məlumata görə, məcburi köçkünlərin yaşadıqları yerlərə baş çəkən Rövşən Rzayev onların problemləri ilə yerində tanış olub, suallarını cavablandırıb.
Dövlət Komitəsinin sədri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasını daim diqqətdə saxladıqlarını deyib. Bildirib ki, dövlət bu təbəqədən olan vətəndaşlarımıza xüsusi qayğı ilə yanaşır. Heydər Əliyev Fondu tərəfindən hazırda bir sıra layihələrin icra olunduğunu söyləyən Dövlət Komitəsinin sədri daha ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində mərhələli və sistemli şəkildə işlərin həyata keçirildiyini vurğulayıb.
Görüşdə digər rayon və şəhərlərdəki məcburi köçkünlərlə də bu cür görüşlərin nəzərdə tutulduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, görüşün məqsədi məcburi köçkünlərin qayğıları ilə yaxından tanış olmaq, onların problemlərini daha dərindən öyrənməkdir.
Həmçinin  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində məcburi köçkünlərin növbəti qəbulu keçirilib.

Məcburi köçkünlərin müraciətləri əsasən mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər və digər sosial problemlərlə bağlı olub.

Dövlət Komitəsinin sədri müraciətləri ayrı-ayrılıqda dinləyib. Qeydə alınmış müraciətlərlə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.