Rövşən Bağırov görüş keçirdi

 

6

Rayon icra hakimiyyəti başçısının aidiyyəti idarə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Pirəsora kənd inzibati ərazi dairəsində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı çıxış edərək cənab Prezidentin tapşırığına əsasən rayonda yaşayan əhalinin problemlərini öyrənmək üçün rayonun aidiyyəti idarə, təşkilat və müəssisə rəhbərləri ilə birlikdə hər həftənin IV günü əhali ilə yerlərdə səyyar görüş-qəbullar, hər həftənin II günü rayon icra hakimiyyətində qəbul keçirildiyini bildirdi. Görüş-qəbullarda məqsəd respublikada və rayomuzda gedən tikinti, abadlıq-quruculuq işləri haqqında əhalinin məlumatlandırmaq və əhalini narahat edən məsələlərin yerindəcə araşdırılmasını və icra hakimiyyətinin imkanları daxilində həll etməyə çalışmaqdan ibarət olmasını qeyd etdi.  Bildirdi ki, respublikanın regionlarında cənab Prezident tərəfindən qəbul edilmiş Dövlət Proqramlarına əsasən tikinti, abadlıq-quruculuq işləri aparılır və regionların  çiçəklənməsinə nail olunur. İndi Azərbaycanın  paytaxtı və iri şəhərləri ilə yanaşı ucqar dağ kəndləri də abadlaşır. Qəbul edilmiş iki Dövlət Proqramının (2003-2008, 2009-2013) uğurlu icrası üçüncü Dövlət Proqramının da (2014-2018) təməlini qoydu. Azərbaycanın hər bir bölgəsində infrastrukturun yenilənməsi ilə bağlı Prezidentin verdiyi sərəncamlar, yeni məktəb, səhiyyə, mədəniyyət və digər inzibati idarə binalarının tikintisi, elektrik xətlərinin əsaslı təmiri, qazlaşdırılma, su xətləri və kanalizasiya şəbəkəsinin qurulması regionları dirçəltmiş və əhalinin yaşayış səviyyəsinin yaxşılaşmasına səbəb olmuşdur. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışlarda da bunu bir daha müşahidə etdik. Sadaladığım bu işlər rayonumuzda da görülmüşdür. Cənab Prezidentin müvafiq Sərəncamları ilə 26 km-lik Lerik-Qosmalian-Kəlvəz yolu tikilərək istifadəyə verilmiş, 36 km-lik Noda – Şingədulan – Xanagah avtomobil yolunun tikintisinə başlanılmış və artıq yolun 18 kilometri istifadəyə verilmişdir. Gələcəkdə Lerikdən Yardımlı rayonuna da asfalt yol çəkiləcəkdir. Lerik şəhəri daxil olmaqla rayonun 38 yaşayış məntəqəsi qazlaşdırılmışdır. Cənab Prezident çıxışlarında respublikamızın 97 faizinin qazlaşdırılmasını qarşımıza bir məqsəd kimi qoymuşdur.  Buna görə də qalan kəndlərin də qısa müddət ərzində qazlaşdırmasına başlanılacaqdır. Rayonumuzda məktəb binalarının tikintisi ilə bağlı sürətli iş aparılır. İndiyədək 50-ə yaxın qəzalı vəziyyətdə olan məktəb üçün yeni bina tikilmişdir. Hal-hazırda rayonumuzda  Vizəzəmin, Boykəndil, Nücü və Mastail kəndlərində yeni tikilən məktəblərdə son tamamlama işləri aparılır. Yaxın gələcəkdə Təhsil Nazirliyi tərəfindən Əvilə və Anbu kəndlərində də yeni məktəb binaların tikintisi nəzərdə tutulmuşdur. Ötən il Lerik şəhərində 80 yerlik uşaq bağçası rayon icra hakimiyyətinin daxili imkanları hesabına əsaslı təmir edilmiş, bu il isə 100 yerlik uşaq bağçası üçün yeni bina tikilir. Görülən bu işlərlə yanaşı bizi narahat edən problemlər də mövcuddur. Şonaçola-Lerik su xəttində tez-tez baş verən qəzalar nəticəsində Lerik şəhərində su problemi yaratmışdır. Problemi həll etməkdən ötrü su maşınları ilə əhalini su ilə təmin etməyə çalışırıq. Həyat davam etdikcə problemlər də olacaqdır.  Əsas olan bu problemlərin öhdəsindən birgə gəlməkdir. Mən sizinlə ünsiyyətdən razıyam. Elə bu yaxınlarda Pirasora kənd ərazi icra nümayəndəsi Əligüşad Xalıqov cənab Prezidentin Sərəncamı ilə “Dövlət qulluğuna fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur. Onu bu münasibətilə təbrik edirəm.
Daha sonra rayon icra hakimiyyəti başçısı kənd sakinlərini dinlədi. Vətəndaşlar tərəfindən ayı-ayrı məsələlərlə bağlı verilən təklif və qaldırılan problemlərin operativ həll edilməsi üçün aidiyyəti idarə rəhbərlərinə tapşırıqlar verdi.