Rövşən Bağırov görüş keçirdi

 

45

Rayon icra hakimiyyəti başçısının, aidiyyəti idarə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə Çayrud kəndində vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.
Rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov son illər Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini, ölkəmizdə o, cümlədən rayonumuzda aparılan abadlıq-quruculuq işlərindən, açılan yeni iş yerlərindən,  tikilən yeni məktəb binaları, kəndlərə qaz çəkilişi,  modul elektrik stansiyasının tikintisi yekunlaşması və yolların əsaslı tikintisi barədə ətraflı məlumat verdi.
Daha sonra rayon icra hakimiyyəti başçısı kənd sakinlərini dinlədi. Vətəndaşlar tərəfindən ayı-ayrı məsələlərlə bağlı verilən təklif və qaldırılan problemlərin operativ həll edilməsi üçün aidiyyəti idarə rəhbərlərinə tapşırıq verdi.