Rövşən Rzayev 100 yaşlı veterana baş çəkdi — FOTO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev komitənin sədr müavinləri Gəray Fərhadov, Fuad Hüseynov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Fərzəliyev ilə birlikdə Böyük Vətən Müharibəsi veteranı, 1918-ci ildə anadan olmuş Cəbrayıl rayonundan məcburi köçkün, I qrup əlil Əliyev Famil Abbas oğlu ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, Komitədən verilən məlumata görə, R.Rzayev Böyük Vətən Müharibəsi iştirakçısının yaşayış şəraiti, səhhəti, qayğıları və keçdiyi döyüş yolu ilə maraqlanıb. Komitə sədri Prezident İlham Əliyevin Böyük Vətən Müharibəsi iştirakçılarının və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm işlər gördüyünü vurğulayıb. Qeyd edib ki, F.Əliyevin müraciəti nəzərə alınaraq yaxın günlərdə mənzil şəraitinin yaxşılaşdırılması üçün veterana təkliflər veriləcək.

Famil Əliyev ona göstərilən diqqət və qayğıya görə təşəkkür edib.

 

 

Elgün