Rövşən Bağırov sakinlərin və Vətən müharibəsi qazilərin problemlərini həll etdi

Ağsu Rayon İcra Hakimiyyətin başçısı Rövşən Bağırov oktyabrın 12-də vətəndaşların onlayn qəbulunu keçirib və Vətən müharibəsi qaziləri ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, bir qrup rayon sakinlərini qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib. Vətəndaşlara qaldırdıqları məsələlərin həlli, xahiş və müraciətlərinin yerinə yetirilməsi istiqamətində müvafiq köməklik göstərilib. Həmçinin Ağsu Rayon İcra Hakimiyyətin başçısı Rövşən Bağırov bir qrup Vətən müharibəsi qazisini və iştirakçılarını qəbul edib. Qəbul zamanı Vətən müharibəsi qazilərini və iştirakçılarını narahat edən məsələlər dinlənilib, müraciət və təklifləri araşdırılıb. Onlara xahiş və müraciətlərinin həlli ilə bağlı lazımi köməkliklər göstərilib.