Röya Azərbaycanı tərk edəcək

02
Müğənni Röya Ayxan maraqlı açıqlaması ilə gündəmə gəlib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Kanal S”də yayımlanan “Gəlin danışaq” verilişində bir müddət sonra Azərbaycandan gedəcəyini deyib:

“Bir dəfə birinə dedim ki, səni harada görsəm, tutub öldürəcəm. Gedib məndən elə yerə şikayət edib ki, oraya ancaq quldurları göndərirlər. Məni də həmin yerə apardılar. Dedim, Azərbaycanda oğru-quldur qurtarıb ki, buraya məni gətiriblər? Sənətçi bir yana, mən axı anayam, məni oraya necə apara bilərlər? Mən adam öldürənəm?

Ondan sonra tüpürdüm hər şeyə, gedib bəzi əşyalarımı zamin qoyub, pul götürüb Türkiyədən ev aldım ki, buradan gedirəm. Onsuz da nə qədər əziyyət çəksən, sənətkara dəyər vermirlər. Amma oturub fikirləşdim ki, bəs yanımda çalışan insanları necə aparım? Onların burada ailəsi var axı. Mən bir oğlumu götürüb gedəcəm, bəs onları hansı haqla ayırım ailəsindən? Və başladım Türkiyə şou-biznesinə qoşulmağa, eyni zamanda da burada fəaliyyətimi davam etdirməyə. Amma bir-iki ildən sonra buradan birdəfəlik gedəcəm. Gözləyirəm, qardaşlarım əsgərliyini çəksin, onlara görə bir il də dözəcəm. Onlar Türkiyə vətəndaşıdırlar, amma mən buraya gətirib hərbi xidmətə vətəndə getmələrini istədim. İstəyirəm, qardaşlarım həyata daha ciddi yanaşsınlar. İndi onlara mən baxıram. Çalışıram ki, ailə qurandan sonra deməsinlər ki, ailəmə də, övladıma da sən bax”.

Övladından söz açan Röya onunla vaxt keçirə bilməməkdən şikayətlənib:

“Hərdən deyirəm ki, hər şeyi oğlum üçün edirəm. Amma dərindən fikirləşəndə anlayıram ki, əslində mən ona heç nə etməmişəm. Bütün günü o boyda imarətdə tək bir dayə ilə oturub. Uşaq başını kompüterdə oyunlarla qatır. Bir dəfə onu gəzməyə aparmıram. Amma mən işləyib, yanımdakılara pul verirəm, onlar övladları ilə parka da gedir, gəzməyə də”.