Röya ilə Aygünün məhkəməsi- 50 min TƏLƏB EDİR

Əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı iddiası əsasında məhkəmə başlayıb.

XALQ.AZ-ın məlumatına görə, Səbail rayon Məhkəməsində  hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən prosesdə A.Bəylər və nümayəndəsinin məhkəməyə gəlmədiyi elan məlum olub.

Hazırlıq iclasında anket məlumatlar dəqiqləşdirilib.

Məhkəmə qeyri müəyyən vaxtda davam edəcək.

R.Ayxan iddia ərizəsində yazıb ki, A.Bəylər ARB televiziyasına müsahibəsində onun şərəf və ləyaqətini təhqir edib. Buna görə də o, həmkarından mənəvi ziyana görə 50 min manat təzminat və mətbuat vasitəsilə səsləndirdiyi fikrilərin yalan olması barədə açıqlama verməsini tələb edir.

A.Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində R.Ayxanın sənəti ilə bağlı sərt ifadələr səsləndirib.

RƏSUL