“Röya ilə münasibətim yoxdur, olmasını da istəmirəm” – VİDEO

“Bu yaxınlarda oğurluq aşkar etdim. Həyatımda böyük hadisə baş verdi. İşimlə, malımla bağlı… Yaxın bildiyim insanlar məni pula satdılar. Təsadüf nəticəsində bunları aşkar etdim. Baş verənləri hamısının üzünə dedim. İnsanın pərt olması, yerin dibinə girməsi məni pis hala saldı”.

XALQ.AZ xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi “ATV maqazin onlarla” verilişində deyib.

Sənətçi üzləşdiyi xəyanətdən danışıb. Natavan bildirib ki, həmkarlarından biri onun ideyalarını oğurlayıb:

“Məni satan şəxslə bağlı artıq təəccüblənmirəm. Həyatı boyu mənimlə məşğul olub. Ondan hər şey gözləyirəm. O, tanınmış Xalq artistidir. Bilmir artıq nə etsin. Hər şeyə əl atır ki, ideyalarıma nail olsun. Bununla hansısa uğuru qazana bilməzsən. Sən o işdən xeyir görməyəcəksən. Burada oğurluq var, sən batdın. Natavanın susduğu günlər keçdi. İndi hamısını adı ilə deyəcəyəm. Onların həyatı ilə maraqlanmıram. Edirlər, cavab verirəm”.

Natavan Elnarə Xəlilovanın “W-trio”nun keçmiş üzvlərini (Xalq artisti Röya Ayxan, Natavan Həbibi – red.) yeni açdığı sənət məktəbinə dəvət etməsinə də cavab verib. O, Elnarənin istəyini cavabsız qoyacağını etiraf edib: 

“İstəmirəm… Səmimi, açıq, rahat deyirəm ki, istəmirəm… Hər kəsin işi özünə aiddir. Gedin duetinizi oxuyun. Birlikdə işləyin, məndən uzaq olun. Münasibətimiz varsa, salamlaşacağıq, yoxdursa uzaq qalacağıq. Elnarə, şərikli iş olmur. Heç kimi dəvət etmə. Özünə inanırsansa, tək edəcəksən. Onun istedadına bələdəm. İkinci, üçüncü şəxs olduqda alınmır. Yenidən rəqabət, lazımsız dava-qırğın, çürük söhbətlər olacaq”.

Sənətçi Röya ilə bağlı da qalmaqallı açıqlama verib. O, həmkarı və keçmiş rəfiqəsi ilə heç bir halda qarşılaşmaq istəmədiyini söyləyib:

“Elnarə ilə münasibətim normaldır. Röya ilə isə münasibətim yoxdur, olmasını da istəmirəm. Kimin mənimlə problemi varsa, gəlsin sözünü desin. Mənə toxunmasınlar. İmkan verin, işimlə məşğul olum”.

XALQ.AZ