Röya robotla mahnı oxudu – Video

Xalq artisti Röya Ayxan “Bakutel-2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Robopark stendini ziyarət edib.

XALQ.AZ xəbər verir ki, o, burada nazirliyin “Robopark” zonasına İtaliyadan gətirilən dünyanın ən məşhur robotu TEOTRONİCO-nun müşayiəti ilə “Mənə sevgindən bəhs et” mahnısını ifa edib.

Qeyd edək ki, İtaliyadan məhşur pianoçu TEOTRONİCO “Bakutel-2019” 25-ci Yubiley Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün Bakıya gətirilib.

.