Röya və Miri Yusif konsert bileti 1200 manata satılır

Əməkdar artist Röya Ayxan növbəti klub konsertinə hazırlaşır.

XALQ.AZ  xəbər verir ki, Röya, bu dəfə həmkarı Miri Yusiflə “Elektra Hall”un səhnəsinə çıxacaq.

Müğənni artıq konsertin məşqlərinə də başlayıb.

O, bu barədə sosial media hesabında video paylaşaraq məlumat verib.

Konsertin aparıcısı isə Samir Bayramov olacaq. 14 fevral “Sevgililər günü” baş tutacaq konsertin qiymətləri 35 və 1200 manat arası dəyişir.

Onu da bildirək ki, “Boom Group”un ərsəyə gətirdiyi konsertdə üç min nəfərin iştirakı gözlənilir.

 

Orxan