Röyanın şalvarının və aksesuarlarının qiyməti-Foto

Hər zaman bahalı geyimləri ilə diqqətləri üzərinə cəlb edən əməkdar artist Röya Ayxan yenidən ənənəsinə sadiq qalıb.

XALQ.AZ xəbər verir ki,  ifaçı “İnstagram” səhifəsində yeni fotosunu paylaşıb. Onun şəkildəki geyimi və aksesuarları müzakirə obyektinə çevrilib. İzləyicilər ifaçının şalvarının və aksesuarlarının qiymətini bilmək istəyiblər.

Araşdırmamız zamanı bəlli olub ki, Röyanın fotodakı sarı rəngli şalvarı “Brandon Maxwell” markasına aiddir. Qiyməti isə 995 dollar, təxminən 1691 manatdır.

Uzun boyunbağısının qiyməti 878 dollar, təxminən 1492 manatdır. Qısa boyunbağısının qiyməti isə 1898 dollar, təxminən 3226 manatdır.

Qeyd edək ki, R.Ayxanın istifadə etdiyi boyunbağıdan Rihanna da taxıb.

 

 

 

Orxan