Roza Zərgərli əməliyyat olunacaq – Səbəb

Müğənni Roza Zərgərli əməliyyat olunacaq.

XALQ.AZ xəbər verir ki, sənətçi ayağındakı problemə görə bıçaq altına yatacaq.

Zərgərli bildirib ki, əməliyyat ayın 6-da keçiriləcək:

“Uzun müddətdir ayağımda problem var. Bu ilk əməliyyat deyil. Kök hüceyrə transplantasiyası icra ediləcək. Ümid edirəm ki, yaxşı keçəcək.

Əslində, çoxdan əməliyyat olunmalı idim. Amma işlərimin çoxluğundan vaxtı uzadırdım”.