Rüfət Quliyevin seçicilərlə səmimi görüşü

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində 73 saylı Lənkəran seçki dairəsindən deputatlığa namizəd professor Rüfət Quliyevin seçicilərlə görüşü davam edir.

XALQ.AZ xəbər verir ki, görüş səmimi və diskussiya şəraitində keçib. R.Quliyev çay evində olaraq, orda istirahət edənlərlə səmimi söhbət edib, nərd oyunu da oynayıb. Görüş zamanı əhalinin problemlərini dinləyib, həll olunması istiqamətində lazımi işlər görəcəyini dilə gətirib.

R.Quliyev həmçinin, doğma kəndi olan Sütəmordov kəndində də keçirilən görüşü izdihamlı və çoşqulu keçib. Görüşə əvvəlki görüşlərdən də daha çox sayda insan qatılıb.

Bu görüş deputatla seçicilər arasında yaranan etimad, etibar, ünsiyyət körpüsünün bariz nümunəsinə çevrilən və isti ortamda keçən bir görüş olub.