Rusiya beş ölkə ilə hava əlaqəsini məhdudlaşdırır

Rusiya yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində bir neçə ölkə ilə hava əlaqəsini məhdudlaşdırır.

XALQ.AZ xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Qeyd olunub ki, martın 23-dən Rusiya Türkiyə, Yaponiya, Tailand, Vyetnam və İndoneziya ilə aviaəlaqəni məhdudlaşdıracaq.

Uçuşlar yalnız Moskvadan həyata keçirilə biləcək. Bundan başqa bu ölkələrdən rusiyalıların gətirilməsi üçün çarter reysləri də təşkil olunacaq.