Rusiya daha bir erməni barədə həbs qərarı çıxardı

Moskvanın Krasnoqorsk şəhər məhkəməsi xüsusi xidmət orqanlarının keçmiş əməkdaşı, 24 yaşlı Nikita Belyankinin qətlə yetirilməsi ilə əlaqədar daha bir erməni barədə həbs qərarı çıxarıb.
Məhkəmənin qərarına görə, Hamlet Ayrapetyan 2 ay müddətinə həbs edilib. Beləliklə, qətl hadisəsi ilə əlaqədar 8 nəfər, o cümlədən Rusiya vətəndaşları Sergey Xocayan, Rudik Manukyan, Artur Akobyan və Suren Markosyan, Ermənistan vətəndaşları Narek Stepanyan və Saak Saakyan saxlanılıblar.
XALQ.AZ xəbər verir ki, Sergey Xocayan qətli törətməkdə, qalanları isə xuliqanlıqda təqsirləndirilirlər.
Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisənin bütün iştirakçıları müəyyən edilib. Onlardan bir neçəsi barədə axtarış elan olunub.
Xatırladaq ki, Nikita Belyankin iyunun 2-də Moskva vilayətinin Krasnoqorsk rayonunda milliyətcə rus olan iki nəfərin çoxlu sayda erməni tərəfindən döyülməsinin şahidi olub. Təklənmiş kişilərə köməyə gələn Belyankin ürəyindən aldığı bıçaq yarası nəticəsində dünyasını dəyişib.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.