Rusiya Prezidenti qeyri-iş günlərinin uzadıldığını elan etdi

Rusiyada koronavirus pandemiyasına görə tətbiq olunan qeyri-iş günləri mayın 11-dək uzadılıb.

XALQ.AZ-ın məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

Prezident bildirib ki, görülən profilaktik tədbirlərə ciddi riayət etmək şərtilə qeyri-iş günləri mayın 11-dək uzadılmalıdır. Eyni zamanda, Nazirlər Kabinetinə Rusiyanın karantindən mərhələlərlə çıxması planını hazırlamaq tapşırılıb.