Rusiya səfirliyi Ermənistanda fəaliyyətini dayandırdı

Rusiyanın Ermənistandakı səfirliyi fəaliyətini iki həftə dayandırdı.

XALQ.AZ xəbər verir ki, bu barədə səfirliyin Facebook səhifəsində məlumat verilib.

Rəsmi səbəb Ermənistanda epidemioloji vəziyyətin pisləşməsidir.

Son bir gündə bu ölkədə 2241 koronavirus infeksiyası hadisəsi qeydə alınıb. Ümumiyyətlə, Ermənistanda pandemiya başlayandan bəri 82 651 nəfər COVID-19-a yoluxub.

XALQ.AZ