Rusiya səfirliyinə hücum etdilər

 

09

 

Səfirliyin yanında gözətçi köşkü və avtomobil yandırılıb

Varşavada hər il millətçilər tərəfindən keçirilin ənənəvi “Müstəqillik marşı”nın iştirakçıları bu gün Rusiya Federasiyasının səfirliyinə hücum ediblər.

ANS PRESS “Gazeta Wyborcza”ya istinadən bildirir ki, səfirliyin ərazisinə Molotov kokteylləri, partlayıcı zərfləri atıblar. Səfirliyin yanında gözətçi köşkü yandırılıb.

Bəzi iştirakçılar səfirliyin hasarına dırmaşıblar. Səfirliyin yanında avtomobil yandırılıb. Polis marşıın iştirakçılarına qarşı su şırnağından istifadə edib.