Rusiya Ukraynaya pul ödəməyi gecikdirir

dollar

Rusiya Ukraynanın avroistiqrazlarının növbəti 2 milyard dollarlıq tranşını fevralın 21-dək təxirə salıb.

Xalq.az-ın məlumata görə, bu barədə informasiyanı “Reuters” agentliyinə Ukrayna hökumətindəki mənbələrdən bildirilib. Tranşın təxirə salınması texniki problemlərin olması ilə izah olunur.

Qeyd edək ki, ötən ilin sonunda Rusiya Ukraynadan 15 milyard dollarlıq avroistiqraz almağa qərar verib. Tezliklə 3 milyard dollarlıq ilk tranş alınıb. Daha sonra Rusiya ikinci tranşa görə pul ödəməyi gecikdirirdi. Rəsmi Moskva Kiyevin aldığı qaza görə ödənişi gecikdirdiyini əsas kimi göstərib.