Rusiya və NATO Bakıda danışıqlara başlayır

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun Avropadakı Silahlı Qüvvələrinin ali komandanı, ordu generalı Körtis Skaparroti ilə görüşmək üçün Bakıya gəlib.

XALQ,AZ xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, tərəflər NATO və Rusiyanın Avropadakı hərbi fəaliyyətini, eləcə də, Suriyadakı vəziyyəti müzakirə edəcəklər.

“Rəsmi səfər zamanı V.Gerasimovu Azərbaycan prezidenti İlham Əliyev qəbul edəcək”, – məlumatda deyilir.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.