Rusiya Xəzər dənizində hərbi təlimlərə başlayır

Gemi

Rusiya Hərbi-Dəniz Qüvvələri Xəzər dənizində təıimlər keçirməyə hazırlaşır.

Xalq.az-ın məlumatına görə, bu barədə “İnterfax” agentliyinə Rusiyanın Cənub hərbi dairəsində olan mənbə xəbər verib.

Təlimlərdə donanma gəmilərinin 40-dan çox artilleriya atəşi həyata keçirilməsi, 2 minə yaxın hərbi sursatdan istifadə edilməsi planlaşdırılır.

Qeyd edək ki, Xəzər dənizində keçiriləcək hərbi təlimlərdə gəmilərin ekipaj üzvləri həm havadan edilən hücumları, həm də şərti düşmən gəmilərini zərərsizləşdirmək üçün müxtəlif manevrlər həyata keçiricəklər.