Rusiyada 4 azərbaycanlı öldü

22

 

Bu gün Rusiyanın Krasnodar vilayətində baş verən qəzada 4 Azərbaycan vətəndaşı həyatını itirib.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qəza Krasnodar diyarının Uspensk rayonunda Qafqaz avtomagistralının 186-cı km-də baş verib.

MAN markalı yük avtomobili VAZ 2109 markalı minik avtomobili ilə toqquşub. İlkin məlumatlara görə, yük maşını minik maşınının yoluna çıxıb. Minik maşınındakı 3 sərnişin və sürücü Azərbaycan sakinləri olub. Onların hamısı həlak olub. Yük maşınının sürücüsü isə xəsarət alıb.