Rusiyada maraqlı hadisə-Foto

Rusiyanın Ufa şəhərində telefonunu çox sevən qıza özümündən sonra “iPhone 6” formasında baş daşı qoyulub.
XALQ.AZ Qaynarinfo.az-a istinadən xəbər verir ki, qara qranitdən hazırlanan baş daşında dünyasını dəyişən gənc qızın fotosu, doğum və ölüm tarixi həkk olunub.
Həmçinin baş daşında səs düymələri, arxasında kamera, “Apple” firmasının loqosu və marka adı kimi detallar da yer alıb.
Ölən qızın ailəsi haqqında məlumat verilməsə də baş daşının hazırlanmasına 800 dollardan çox pul xərcləndiyi açıqlanıb.
Orxan