Rusiyada təyyarə qəzaya uğradı: 9 nəfər öldü

6

 

Təyyarə “Batareynaya” stansiyası yaxınlığındakı hərbi anbarların üzərinə düşüb.

Rusiyanın İrkutsk şəhərində An-12 təyyarəsi hava şəraitinə görə qəzaya düşməyib.
Xalq.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu informasiyanı regionun aviasiya xidməti yayıb.

“Aeroportda hava şəraiti yaxşı vəziyyətdə idi, sadəcə azca duman görsənirdi, ancaq bu duman təyyarənin qəzaya düşməsinə səbəb ola bilməzdi. Təyyarə çox böyük ehtimalla texniki problemə görə qəzaya düşüb”.

Xatırladaq ki, An-12 təyyarəsində göyərtəsində olan 9 nəfərin hamısı həlak olub. Hələlik 3 nəfərin cəsədinin tapılması haqda məlumat verilir.

Rusiyada Novosibirskdən İrkutska uçan “An-12” nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Xalq.az  APA-ya istinadən xəbər verir ki, “İrAvia” şirkətinə məxsus təyyarə aviasiya texnikası üçün ehtiyat hissələri daşıyırmış.

Təyyarə “Batareynaya” stansiyası yaxınlığındakı hərbi anbarların üzərinə düşüb. Nəticədə yanğın başlayıb. Yanğının söndürülməsinə 95 yanğınsöndürən və 24 texnika cəlb edilib. Tezliklə yanğının qarşısını almaq mümkün olub. Təyyarənin 6 ekipaj üzvü və yükü müşayiət edən 3 nəfər ölüb.

Faktla bağlı cinayət işi qaldırılıb.