Rusiyanın ən varlı 3 qadını

Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun həyat yoldaşı Tatyana Navka gəlirlərinə görə Kremlin və hökumətin yüksək vəzifəli məmurlarının həyat yoldaşları sırasında birinci yeri tutub.

XALQ,AZ xəbər verir  ki, o, ikinci ildir bu siyahıya liderlik edir.

Onu siyahıda Rusiyanın baş nazirinin müavini İqor Şuvalovun arvadı Olqa və İnşaat naziri Mixail Menyanın həyat yoldaşı Yelena izləyir.

Məlumatlara görə, Navkanın ötən ilki gəliri 200385746 rubl (5,5 milyon AZN), Olqanın 89145433 rubl (2,4 milyon AZN), Yelenanın isə 73 milyon rubl (2 miylon AZN) olub.

Elgün