Rusiyanın Perm vilayətində Respublika Günü qeyd edildi

XALQ.AZ xəbər verir ki, 28 May – Respublika Günü münasibətilə Rusiyanın Perm şəhərində Azərbaycan diasporu bir araya gəlib.

Mərasim Azərbaycan və Rusiya dövlət himnlərinin ifası ilə başlayıb.
Tədbirdə ilk öncə çıxış edən Perm vilayətində Azərbaycan diasporunun rəhbəri Çingiz İsayev tədbir iştirakçılarını salamlayaraq bu bayramın bütün azərbaycanlılar üçün əziz və müqəddəs olduğunu vurğuladı və Müsəlman Şərqində ilk respublika olmuş Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın demokratik əsaslarda qurulmuş müstəqil milli dövlətçiliyinin şanlı səhifəsi olduğundan bəhs etdi.

Daha sonra tədbirdə iştirak etmək üçün Permdə səfərdə olan Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADİM) sədri Toğrul Allahverdili çıxış edərək, Azərbaycanda dövlət müstəqilliyimizin əldə edilməsi və qorunması yolunda şəhid olan bacı və qardaşlarımızın qəhramanlığını qeyd edib. T. Allahverdili qeyd edib ki, “ Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bütün tarixi sınaqlardan keçmiş Azərbaycanın hal-hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara doğru irəlilədiyir. ADİM sədri qeyd edib ki, ölkəmizin dünyada artan nüfuzunu dövlətimizin milli mənafelərə söykənən müstəqil və çoxşaxəli xarici siyasətinin prioritetləri sistemində Rusiya Federasiyası ilə strateji xarakterli tərəfdaşlığın xüsusi yer tutur.

Tədbirdə Gənclər Birliyinin sədri Rəşad Əkbərov və digər hənclər çıxış edərək xalqımızı Respublika günü münasibəti ilə təbrik ediblər.

Tədbir daha sonra Respubilika günü və Nəsiminin 650 illiyi münasibəti ilə filmlərin nümaişi ilə davam edib.

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.