Ruslan Abışov “Neftçi”dən getdi

“Neftçi” klubu futbolçusu Ruslan Abışovla yollarını ayırıb.
XALQ.AZ xəbər verir ki, 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Ağ-qara”ların kapitanı olan R.Abışov 2006-12 və 2016-19-cu illərdə “Neftçi”nin formasını geyinib. O, bu müddətdə 195 oyunda 16 qol vurub.

Yeganə