Rüstəm Xəlilov görüş keçirib

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü,  64 saylı Sabirabad ikinci seçki dairəsindən deputat seçilmiş Rüstəm Xəlilov seçiciləri ilə yenidən görüşüb. İki kənddə, Minbaşı və Şəhriyar kəndlərində keçirilən görüşlər ümumilikdə 6 kəndi əhatə edib.

XALQ.AZ xəbər verir ki, görüşdə R.Xəlilov ona ünvanlanan sualları cavablandırıb və seçiciləri narahat edən məsələləri dinləyib.

R.Xəlilov müraciət olunan məsələlərlə bağlı müzakirələr aparıb, bir sıra məsələlər yerindəcə həll edilib, müvafiq dövlət qurumlarına təqdim edilmək üçün onlardan ərizələr qəbul edilib və bir sıra məsələlərlə bağlı tövsiyələr verib.

Deputat bildirib ki, seçicilərdən qəbul edilmiş ərizələr müvafiq dövlət qurumlarına göndəriləcək və qeyd edilən məsələnin, həmişə olduğu kimi, ən qısa müddətdə baxılmasına və müsbət həllinə çalışılacaq.

İzdihamlı keçən görüşdə deputat Rüstəm Xəlilov çıxış edərək Sabirabadda gedən iqtisadi-sosial tərəqqidən danışıb. Bildirib ki, bu inkişaf davamlı olacaq.

Rüstəm Xəlilov Sabirabadlıların dövlətin apardığı siyasətə sadiq olduqlarını, dövlətimizin inkişafına daim töhfə verdiklərini diqqətə çatdırıb.

Görüşdə həllini gözləyən müəyyən məsələlərə də toxunulub. Rüstəm Xəlilov  bildirib ki, davamlı inkişaf prosesində ölkə başçısının tapşırığına əsasən problemlərin həlli istiqamətində lazımi tədbirlər görülür və görüləcək. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanda bütün sahələrdə davamlı inkişafı təmin etmək üçün konkret Dövlət Proqramları həyata keçirir. Regionların sosial-iqtisadi inkişafı, yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin təmin olunması, təhsil, elm, mədəniyyət sahələrində əsaslı uğurların qazanılması və digər istiqamətlərdə həyata keçirilən Dövlət Proqramlarının bu gün ortaya çıxardığı uğurlu nəticələri var. Əminəm ki, qarşıdakı dövrlərdə də Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti sayəsində böyük naliyyətlər əldə olunacaq.

Daha sonra isə seçiciləri maraqlandıran bir sıra məsələlərin həlli yolları da müzakirə olunub.

Seçicilər göstərilən diqqətə görə Prezidentə və millət vəkilinə təşəkkürlərini bildiriblər və hər zaman dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər. Onlar qeyd ediblər  ki, əhalinin rifahının yaxşılaşdırılması, sosial problemlərin həlli istiqamətində ölkə başçsının tapşırığına əsasən ardıcıl addımlar atılır. Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasət sahəsində atdığı addımları daim dəstəkləyir.

Orxan