Rüşvət videosu yayıldı, araşdırma başladı – Rəsmi

Qusar rayon Mərkəzi Xəstəxanasının laboratoriya şöbəsinin həkiminin rüşvət alması iddiası ilə bağlı daxili araşdırmalar aparılır və həkim barəsində müvafiq tədbirlər görüləcək.

Bu barədə XALQ.AZ-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, həkim vətəndaşdan 3 manat pul alıb:

“Həkimə 3 manat pul verilib. Pul verən ilə videonu çəkən ayrı-ayrı adamlardır və pul verən adam həkimdən şikayət etməkdən imtina edib. Buna baxmayaraq, məsələ araşdırılacaq və həkim barəsində müvafiq tədbirlər görüləcək”.

XALQ.AZ