Rza Zərrabın telefon danışıqları yayıldı

5

 

 

“Rüşvət əməliyyatı”nda həbs edilən Rza Zərrabın sensasion telefon danışığının stenoqramını yayıb.

Türkiyə mətbuatının yaydığı xəbərə görə istintaq dosyesində yer alan telefon danışıqlarında Zərrabın dünən istefa verən nazir Muəmmər Gülərlə də danışıqları öz əksini tapıb. Qeyd edək ki, telefon danışıqları zamanı Zərrabın baş nazirin müavini Əli Babacan və maliyyə naziri Mehmet Şimşəkdən çəkindiyi məlum olub. Dosyedə yer alan telefon danışıqlarının stenoqramını təqdim edirik:08.10.2013 17:50 tarix ve saat. Rza Zərrab ilə Abdullah Happani arasında keçən telefon danışığı:
Rza: Dedi bu qurama, şantaj üçün, amma aldı onun fotokopyasını Maliyyə Cinayətləri Araşdırma İdarəsinə (MASAK) verəcək. Mənə demədi, amma məni aparan dostuma deyib. Deyib ki, soruşum, görüm nədir bu.

Abdullah: Araşdıracaq yəni

Rza: MASAK ondan asılıdır. Səncə onunla görüşməyim yaxşı oldu, ya pis?

Abdullah: Yaxşıdır, ya pisdir, bilmirəm, o şeyin surətini alıb, mütləq “bunu bir yoxlayın” deyəcək. Oradakı sənin şirkətlərində daxil olmaqla… elə işin ən pis tərəfi bu idi. Sən də öz əlinlə işi bu məcraya gətirdin. Yəni lazım bilsə araşdıracaq.

Rza: Səncə, lazım biləcək?
Abdullah: Məncə, mütləq bir məlumat alacaq.

Rza: MASAK-dan soruşacağını dedi.
Abdullah: MASAK da müfəttişlərə deyəcək ki, araşdırın bunu.

Rza: Səncə, yaxşı oldu, ya pis?
Abdullah: Yaxşı bir şey yoxdur, amma piş bir şey ola bilərmi onu bilmirəm. İki gündür həyacan keçirdiyimiz şeyə xeyri olmadı.

Rza: Onları bilirsən, Əli Babacanla eyni düşüncədədirlər. Kağızı almamışdı, sonradan aldı (təəssüflənir).

Abdullah: Dəftərlərin araşdırılmasına hazır olmaq lazımdır. Bizim tərəfdən bir şey olmaz, nə ola bilər ki, yəni. Gec-tez o biri şirkətləri də yoxlayacaqlar onsuzda. MASAK-a deyəcək, onlar müfəttişlərə deyəcək, qısa müddətdə olan şey deyil bu.
Rza: Qəribə insandi, digərləri kimi deyil. Mənə əvvəlcədən də demişdilər. Hələ gözləyək, görək nə olur. Kağızı almağı heç yaxşı olmadı.
Dosyedə bildirilir ki, Rza Zərrabla Abdullah Happani maliyyə naziri Mehmet Şimşək haqqında danışırlar.

08.10.2013 18:59 tarix və saat. Rza Zərrab və Rüçhan Bayar arasında keşən telefon danışığı:

Rza: Maliyyə nazirinin yanına getmişdim. O bir az soyuqdur.
Rüçhan: Daxili İşlər Nazirliyindən yaxud da hansısa bir istintaqdan belə bir əməliyyat zad olub?

Rza: Yox, heç bir şey olmayıb.

Rüçhan: Elə bir məlumat yoxdur, olsa eşitmiş olardın.

Rza: Onunla görüşdüm bu gün. Yazını verdim oxudu, təəccübləndi, sonra da fotosurətini aldı. MASAK- da araşdıracaq.

Rüçhan: “Yəni elə bir ehtimal var?

Rza: Yaxşı biridi, ya pis, anlaya bilmədim.

Rüçhan: Məncə, bu məsələni çox da qurdalama…
Rza: Yox qurdalamıram amma, ucu hara qədər gedər bilmirəm

Rüçhan: Etməsək, daha yaxşı olardı, məncə.

Rza: Deyəsən, közü alovlandırdıq.

Rüçhan: Deyəsən, yatan adamı oyandırdıq, İnşallah, elə olmaz.
Rza: Yəni elə olsa nəticə nə olar? Uzaq başı bizimkiləri araşdırarlar.

Rüçhan: Bizdə bir problem yoxdur ki, digər 35 firmanı da araşdırarlar əgər iddia varsa, amma bizim tərəfdə üç dənə firmamız var. “AİR-imiz var, “Royal”-ımız var… xırda-para pozuntular, kəsir var yəni mütləq unutduğumuz nəsə var, ondan başqa bir şey yoxdur. Abdullahlada danışdım, bizim tərəfdən bir şey olmasa da sənin adına olan daşınmaz əmlakları biraz yüngülləşdirmək lazımdır.
08.10.2013 18:11 tarix ve saat. Rza Zərrab və nazir Muammər Gülər arasında olan telefon danışığı:

Gülər: Gedə bildinizmi Maliyyə Nazirliyinə?

Rza: Gedib görüşdüm bəylə.

Gülər: F.K (ad, soyad açıqlanmır: red) mənə zəng elədi, dedi, mən məsələyə qol qoydum.

Rza: Hörmətli nazirimiz Zəfər (Çağlayan nəzərdə tutulur: red) bəyin də yanına getdim, o da zəng edib ona

Gülər: Mənə zəng elədi dedi ki:- “məsələyə əl qoydum. Bütün sənədləri gətizdirdim. Bu iş mənim nəzarətimdədir. Heç bir şey olmaz narahat olmayin” xəbərin olsun yaxşımı, Orxan barəsində də mən özü izləyirəm. sən arxayın ol.
Rza: Cənab nazir, ən mühüm məsələ odur. Hər şeydən vacibdir.