Səbuhi Abbasov “Avropa Regional Forumu”nda ölkəmizi təmsil edib – FOTOLAR

1600856467 sabuhi abbasov

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov 21-22 sentyabr tarixlərində ölkəmizi beynəlxalq tədbirdə təmsil edib. “Nifrət Nitqi, Sosial Media və Milli Azlıqlar” mövzusunda Avropa Regional Forumu (“Regional Forum”) 21 – 22 sentyabr 2020-ci il tarixlərində baş tutub. Bu barədə saytımıza məlumat verən internet-media ekspert Səbuhi Abbasov Forum çərçivəsində mühüm qlobal məsələlərə toxunulduğunu dedi: “Bu Forumda dünyanın tanınmış siyasətçiləri, ekspertləri, QHT və media rəhbərləri çıxış etdilər. Bir sıra mühüm məsələlər ətrafında polemikalar aparıldı. Mən də öz növbəmdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını, onlar arasında minlərlə azsaylı xalqların nümayəndələrinin olduğunu dedim. Eyni zamanda, işğal nəticəsində Azərbaycan mədəniyyətinin inciləri ilə yanaşı, azsaylı xalqlara məxsus tarixi abidələrin məhv edildiyini, saxtalaşdırıldığını qeyd etdim.”

Məlumat üçün qeyd edək ki, Regional Forum Birləşmiş Millətlər Təşkilatının milli azlıqlar məsələləri üzrə Xüsusi Məruzəçisi tərəfindən çağırılır. Forum, eyni zamanda, Avstriya Respublikasının Federal Nazirliyi və Tom Lantos İnstitutu tərəfindən bir sıra regional təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil edilmişdir: EURAC Araşdırma, Avropa Azlıqların Məsələləri Mərkəzi, Avropa Millətlərinin Federal Birliyi, Ludwig Boltzmann İnstitutu, Azlıqların Hüquqları Qrupu, Mədəniyyətlərarası Fəaliyyət üzrə birlik və ZARA.1600856467 sabuhi abbasov
1600856487 whatsapp image 2020 09 22 at 15.06.15
1600856472 whatsapp image 2020 09 22 at 15.11.39
1600856452 whatsapp image 2020 09 22 at 15.17.07
1600856501 whatsapp image 2020 09 22 at 15.19.09
1600856477 whatsapp image 2020 09 22 at 15.20.38

1600856464 whatsapp image 2020 09 22 at 15.20.46
1600856433 whatsapp image 2020 09 22 at 15.44.44
1600856504 sabuhisdsdsd