Səfər Mehdiyev 3 xanım məzuna iş verdi

Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.

XALQ.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsi Akademiyasının 2017-2018-ci tədris ili üzrə təhsilini başa vurmuş üç xanım məzunu Komitədə işlə təmin olunub.

Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2017-2018-ci tədris ilində bu ali təhsil müəssisəsindən 37 tələbə, o cümlədən 4 nəfər xanım məzun olub. Məzunlardan 13 nəfəri Azərbaycanın, 3 nəfəri Türkiyə və Macarıstanın universitetlərində təhsillərini davam etdirirlər, 9 nəfəri hərbi xidmətdədir. Üç nəfər xanım məzun isə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin əmri ilə müsabiqədənkənar işə qəbul ediliblər.

Ümumilikdə isə, Akademiyanın 8 məzunu hazırda Komitədə çalışır.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.