“Şəffaflaşma ilə bağlı hədəflərə nail olmuşuq”

“Bu gün bizim ən böyük problemlərimizdən biri əqli mülkiyyətin, eyni adlı məhsulların başqa şirkətlər və yaxud fiziki şəxslər tərəfindən ölkəyə gətirilməsidir. Hesab edirik ki, bu cür problemlərlə, xüsusilə də təmsilçilik institutu ilə bağlı müəyyən texniki problemlərlə bağlı suallar və təkliflər ola bilər”.

XALQ.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O, bu barədə iştirak etdiyi “Caspian European Club” üzvləri üçün keçirilən “B2G Forum”unu şərh edərkən danışıb.

S.Mehdiyevin sözlərinə görə, gömrük sistemində şəffaflığa demək olar ki, nail olunub: “Şəffaflaşma ilə bağlı hədəflərə demək olar ki, nail olmuşuq. Bəzi işbazlar tərəfindən müəyyən addımlar atılmağa cəhd edilir, amma biz bu işdə əli olan son inspektora qədər təmizləmə işlərini davam etdirəcəyik. “Yaşıl dəhliz” buraxılışı sistemi üzrə ticarət dövriyyəsinin dəyəri bu sonuna qədər 7 milyard ABŞ dollarına çatdırılacaq. Bu isə böyük göstəricidir. Məhz DGK əməkdaşları il ərzində 250 milyon dollar dəyərində qaçaqmalçılığın qarşısını alıb. Təəssüf ki, bunun da əksəriyyəti narkotik vasitələr, silah- sursatdır”. 

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/