Səfir görüş keçirdi

Azərbaycan Respublikasının Pakistandakı səfiri Əli Əlizadə Pakistan Baş nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi Naim ul Haqla görüşüb.

XALQ.AZ xəbər verir ki, səfir Pakistanın Azərbaycana yaxın dost və qardaş ölkə olduğunu diqqətə çatdırıb, Azərbaycanın Pakistanla siyasi əlaqələrlə yanaşı, iqtisadi, ticari, müdafiə sənayesi, hərbi və hərbi-texniki, enerji, turizm və digər sahələrdə əməkdaşlığın daha da artırılmasına maraqlı olduğunu bildirib. Səfir Azərbaycanın Pakistana dəstəyinin davam edəcəyini və Pakistanın da Dağlıq Qarabağ və digər həssas məsələlərdə Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Pakistan Baş nazirinin siyasi məsələlər üzrə xüsusi köməkçisi Naim ul Haq Pakistanın həmişə Azərbaycan kimi yaxın dost və qardaş ölkələrlə əlaqələrə xüsusi önəm verdiyini və münasibətlərin daha da inkişafına çalışdığını, iqtisadi, ticari, enerji, investisiya sahələrində əməkdaşlığın daha da artırılması üçün səylərin davam etdiriliməsi gərəkdiyini vurğulayıb.

Görüşdə həmçinin ikitərəfli səfərlərin daha da artırılması, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində dəstəyin və birgə əməkdaşlığın davam etdirilməsi vacibliyi vurğulanıb.

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.