Şəhid ailələrinə yeni güzəştlər

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər ediləcək.

XALQ.AZ  xəbər verir ki, bu barədə Milli Məclisin (MM) İnsan Hüquqları komitəsinin iclasında məlumat verilib.

Bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Mühasibat uçotu haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinə nəzərdə tutulan düzəlişlər “Peşə təhsili haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə həyata keçirilir.

Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə edilib.

 

 

Orxan

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.