Şəhid Anar Novruzov dəfn olundu – Foto

e7022b3b 5a33 3563 94b0 baf6a5ca103c

Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun tabutu doğulduğu Masallı rayonuna gətirilib.

XALQ.AZ-ın verdiyi xəbərə görə, o, doğulduğu Ərkivan qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Şəhidin cənazəsini qarşılamaq üçün çoxlu sayda rayon sakinləri yollara çıxaraq ehtiramlarını bildiriblər. Dəfn mərasimində hərbçilər, rayon rəhbərliyi və yerli sakinlər iştirak ediblər. Hazırkı pandemiya dövründə insanların təhlükəsizliyi nəzərə alınaraq dəfndə iştirak edən insanlara qoruyucu maskalar paylanıb.

Qeyd edək ki, şəhid A.Novruzov ailəli olub, iki övladı var.

853a94f9 999c 347d 9484 f254f7c0cf5d
597d8de7 ebf0 3efd 93ee ffc6f46c6400
ec428ccb 21c9 372f 98f9 037f18dd5486

XALQ.AZ