Şəhid generalın anası oğlu haqda müsahibə verdi – Video

ana

Tovuz istiqamətində gedən döyüşlərlərdə şəhid olan general-mayor Polad Həşimovun anası Səmayə Həşimova oğlundan danışıb.

XALQ.AZ xəbər verir ki, Unikal.org-a müsahibə verən ana oğlunun şəhid olmazdan öncə onunla son söhbətləri, eləcə də Prezident İlham Əliyevlə telefon danışığından bəhs edib.

Oğlunun hər zaman vətən dərdi çəkdiyini deyən Səmayə Həşimova bildirib ki, Polad Həşimov əsgərlərinə “uşaqlarım” deyərmiş, işə gedərkən onlar üçün hətta diş məcunu belə alıb aparırmış. 

S. Həşimova əlavə edib ki, oğlunun ona bağışlanan evi şəhid ailəsinə verdiyi haqda xəbərləri dost-tanışdan eşidib. Onun sözlərinə görə, şəhid general etdiyi yaxşılıqlar haqda heç vaxt anasına danışmayıb.